Azadmedia.az erməni mediasına istinadla xəbər verir ki, Qondarma Qarabağ vilayətinin Ombudsmanı Geqam Stepanyan bəyanatında bildirib ki, Azərbaycanın simasında beynəlxalq ictimaiyyət həyasızcasına beynəlxalq hüquqa məhəl qoymayan və nüfuzdan salan cinayətkar rejimlə qarşılaşır və onu inandırmağın yeganə yolu məhdudlaşdırıcı və cəza tədbirləri tətbiq etməkdir.
Xatırıadaq ki, martın 5-də saat 10:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Azərbaycan Orsusunun 3 hərbçisi həlak olub.
Azərbaycanın beynəlxalq aləmdə uğurunu həzm edə bilmıyən qarşı tərəf qərəzli şəkildə bildirib ki, Azərbaycan tərəfi humanitar və texniki məsələlərin müzakirəsini dialoq kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırır, bəzi beynəlxalq məmurlar Azərbaycanın yalançı sülhsevər manipulyasiyalarına uyaraq nikbinlik nümayiş etdirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.