AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları parlaq formada həyata keçirildi

  • + A
  • - A
  • 6-03-2023, 18:52

    Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları   parlaq formada həyata keçirildi

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 21 sentyabr 1993-cü ildə Elmlər Akademiyasında ziyalılarla görüşdəki çıxışında qeyd etmişdir ki, “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”. Bu tarixi əhəmiyyətli sözləri Prezident İlham Əliyev parlaq şəkildə gerçəkləşdirdi və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Ermənistanı de fakto və de jure kapitulyasiyaya məcbur edildi.
    Otuz ilə yaxın bir müddətdə ölkəmiz beynəlxaq hüququn normaları və prinsiplərini rəhbər tutaraq, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunması, işğalçı silahlı qüvvələrin ərazilərimizdən geri çəkilməsi, məcburi köçkünlərin daimi yaşadıqları torpaqlara qayıtmaları üçün ciddi səylər göstərirdi. Lakin dövlətimiz tarixə qovuşan münaqişənin diplomatik üsullarla, danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olsa da, beynəlxalq birlik bu məsələdə heç bir əməli fəaliyyət nümayiş etdirmirdi.
    Görünür beynəlxalq təşkilatlar unutmuşlar ki, Azərbaycan heç zaman mövcud vəziyyətlə razılaşmayacaq və öz torpaqlarını işğaldan nəyin bahasına olursa olsun azad edəcək. Döyüş meydanında BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edilməsi bir daha nümayiş etdirdi ki, Azərbaycan istənilən problemi beynəlxalq hüququn fundamental normalarına uyğun həll etməyə qadirdir və bunun üçün onun siyasi, iqtisadi və hərbi gücü mövcuddur.
    Bununla yanaşı xüsusi olaraq qeyd etmək lazımdır ki, dövlətimiz torpaqlarımızın işğalına son qoyaraq, ərazi bütövlüyünü və suverenliyini bərpa edərək, eyni zamanda regionda yeni reallıq yaratdı və yeni əməkdaşlıq formatının bünövrəsini qoydu.
    Burada bir daha Ulu Öndər Heydər Əliyevin tarixi sözləri yada düşür: “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.”
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR