Finlandiyanın müdafiə naziri Antti Kaikkönen Finlandiya-İsveç Şimali Atlantika Alyansına müraciətinin yaxın gələcəkdə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya ediləcəyi barədə fikir bildirib. Azadmedia.az xəbər verir ki, o, bu barədə Yle İctimai Yayım Korporasiyasına müsahibəsində bildirib.
Kaykkönenin fikrincə, bu məsələdə finiş xətti artıq göz qabağındadır, amma bəlkə də səbirli olmaq lazımdır.
Xatırladaq ki, bundan əvvəl Macarıstan prezidenti Katalin Novak bildirmişdi ki, Macarıstan parlamenti may ayında Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin ratifikasiyası məsələsi ilə bağlı iclas keçirəcək.
Bundan əvvəl Finlandiya parlamenti NATO-ya üzv olmağı təsdiqləyib, 184 deputat lehinə, cəmi 7 deputat əleyhinə səs verib. Əgər Helsinki buna baxmayaraq, Stokholmun ərizəsinin təsdiqini gözləməmək və alyansa tək qoşulmaq qərarına gəlsə, finlər hələ də alyansın iki üzvü - Macarıstan və Türkiyənin razılığını almalı olacaqlar. NATO rəhbəri Yens Stoltenberq bildirib ki, Skandinaviya ölkələrinin alyansa daxil olması onun “əsas prioriteti” olmaqda davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.