AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ ABŞ-a çox güvənir və islahatlara ehtiyac duyur

  • + A
  • - A
  • 9-03-2023, 15:45

    Aİ ABŞ-a çox güvənir və islahatlara ehtiyac duyur

    Avropa Parlamentindəki Avropa Xalq Partiyası (EPP) fraksiyasının rəhbəri Manfred Veber Avropa İttifaqının ABŞ-dan həddən artıq asılı olduğunu və islahatlara ehtiyac olduğunu bildirib. Azadmedia.az xəbər verir ki, o, bu fikri Finlandiyanın “Helsingin Sanomat” nəşrinə müsahibəsində bildirib.

    “Mövcud Avropa İttifaqı Ağ Evin xoşməramlılığına çox güvənir. Tamamilə mümkündür ki, həm ABŞ, həm də Avropa üçün növbəti çağırış Çin olacaq, ona görə də Aİ müstəqil qüvvəyə çevrilməlidir”, - deyən Avropa deputatı bildirib ki, Aİ özünün müdafiə imkanlarına diqqət yetirməlidir - kibertəhlükəsizliyə sərmayə qoymalı, ümumi raketdən müdafiə sistemini inkişaf etdirməli və müdafiə avadanlığı birgə almalıdır.

    Veber onu da vurğuladı ki, Avropa İttifaqı indiki vəziyyətində icmanın genişlənməsinə hazır deyil.

    Bundan əvvəl Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirmişdi ki, Aİ ölkələri Rusiya qazının tədarükü olmadığı halda asan vəziyyətlə bağlı illüziyalara qapılmamalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR