Oktyabrda Dağıstanda Xəzəryanı dövlətlərin (Rusiya, Azərbaycan, Qazaxıstan, İran, Türkmənistan) birinci rəqəmsal forumu keçiriləcək. Azadmedia.az rus mediasına istinadən xəbər verir ki, bunu Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Qamzatov deyib.
Qəmzətov qeyd edib ki, forumun təşkili informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından ən kəskin və aktual problemlərin müzakirəsinə imkan verəcək. Bundan əlavə, forumda müzakirəsi planlaşdırılan digər aktual məsələ Xəzəryanı ölkələrin ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizidir. "Bizim vəzifəmiz bütün qonşularımızı - tərəfdaşlarımızı bu platformada birləşdirməkdir", - dağıstanlı nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.