Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 9 mart tarixində “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda X-cu Qlobal Bakı Forumundakı çıxışında qeyd etmişdir ki, artıq tarixə qovuşan silahlı münaqişəni Azərbaycan dinc yolla həll etməyə çalışırdı. Keçmiş hadisələri nəzərdən keçirərkən, əyani şəkildə müəyyən olunur ki, bunun üçün lazımi beynəlxalq hüquqi əsaslar BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsində nəzərdə tutulurdu. Xatırlatmaq istərdim ki, həmin qətnamələrdə dövlətlərin ərazi bütövlüyü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün silahlı qüvvələrin istifadə edilməsinin yolverilməzliyi təsdiq olunurdu, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən “dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması” və mövcud vəziyyətin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratması qeyd edilirdi. Ancaq Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirdi.
Əfsuslar olsun ki, 28 il ərzində ATƏT-in Minsk qrupu heç bir nəticə əldə edə bilmədi və yalnız münaqişəni dondurmaq və Azərbaycanın milli maraqlarına cavab verməyən status kvonun saxlanmasına çalışırdı. Münaqişənin həlli üçün qarşılıqlı kompromislərin qaçılmaz olduğunu bildirən Minsk qrupunun fəaliyyəti yalnız uğursuzluqla nəticələnə bilərdi. Yaranmış şəraitdə dövləimiz beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında özü bərpa. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi birmənalı olaraq beynəlxalq humanitar hüquq çərçivəsində hərəkət etdi. Müharibə bitdikdən sonra Cənubi Qafqaz regionunda tamamilə yeni əməkdaşlıq formatı yaranmışdır və onun inkişafı burada yaşayan bütün xalqların maraqlarına cavab verir.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.