Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ administrasiyası Rusiyanın guya Ukraynada ələ keçirilən Amerika silahlarını İrana ötürməsi ilə bağlı məlumatı təsdiq edə bilmir. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə brifinq zamanı bildirib.
Dövlət Departamentinin məlumatına görə, ABŞ-ın Ukraynaya göndərilən hərbi yardımın başqa ölkələrə getdiyinə dair heç bir “mötəbər sübut” yoxdur.
Qeyd edək ki, Prays bir müddət əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın İran və ABŞ-ın əsirlərin dəyişdirilməsi ilə bağlı ilkin razılıq əldə etdikləri barədə bəyanatını yalan adlandırıb. Praysın fikrincə, İranın bəyanatı ABŞ vətəndaşlarının İran həbsxanalarındakı qohumlarının “yalnız əzablarını artıracaq” “qəddar yalan”dır. Söhbət ikili vətəndaşlığı olanlar da daxil olmaqla təxminən 40 nəfərdən gedir.
Amerikalı jurnalistlər qeyd ediblər ki, İran hakimiyyəti daha əvvəl inflyasiyanın artması və kütləvi etirazlar fonunda daxili vəziyyəti sabitləşdirmək üçün Birləşmiş Ştatlarla guya əldə olunmuş razılaşmalar barədə bəyanatlardan istifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.