AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan: "KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir"

  • + A
  • - A
  • 14-03-2023, 13:28

    Paşinyan: "KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir"

    İrəvan sülh müqaviləsi layihəsinə Bakıdan cavab alıb, həm irəliləyiş var, həm də fundamental problemlər. Azadmedia.az erməni mediasına istindala bildirir ki, bunu çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi böyük mətbuat konfransında deyib.

    “Əgər elə bir vəziyyət yaranarsa ki, Azərbaycanla hər hansı bir sənədin imzalanmasına bir neçə gün qalır, o zaman bu, əslində yaxşı xəbər olacaq. Bu, əlbəttə ki, bizim arzularımızın sənədi deyil, amma orada sülhə nail olmaq üçün real fürsətdir. Belə bir sənəd varmı? 2-3 gün əvvəl sülh müqaviləsinə göndərdiyimiz şərhlərə Bakının şərhini aldıq. Sənəddə irəliləyiş varmı? Müəyyən irəliləyişlərin olduğunu vurğulamaq lazımdır. Amma nə qədər irəli getsək, bir o qədər fundamental problemlər ortaya çıxır. İmzalanacaq istənilən sənədin beynəlxalq təminatçıları olmalıdır”, - Paşinyan bildirib.

    Eyni zamanda, Paşinyan bəyan edib ki, Qarabağda yaşayan ermənilərin “təhlükəsizlik və hüquq sərhədləri” Qarabağın “xalqı” və “rəhbərliyi” tərəfindən müəyyən edilməlidir. Ermənistan hökumətinin başçısı bəyan edib ki, Azərbaycan “Qarabağda etnik təmizləmə aparmaq” üçün İrəvanın imzaladığı mandat da daxil olmaqla “mandat almağa” çalışır və bu, Ermənistan üçün “qırmızı xətt”dir.

    Ermənistanın baş nazirinin sözlərinə görə, İrəvanın Bakı ilə imzaladığı istənilən müqavilə beynəlxalq zəmanətə malik olmalıdır.

    “Münhendə Azərbaycan prezidentinin özü bəyan etdi ki, beynəlxalq razılaşma var ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi müzakirə olunmalıdır. Bundan sonra RHK komandanlığının iştirakı ilə görüş keçirildi və ondan sonra birdən məlum oldu ki, Azərbaycan inteqrasiya məsələsini müzakirə etməyi təklif edir”.

    Ermənistan rəhbərinin sözlərinə görə, “indi həm Ermənistanın sərhədi boyunca, həm də Qarabağda eskalasiyanın çox böyük ehtimalı var”.

    KTMT ilə münasibətlər haqqında danışan Paşinyan bildirib ki, “2022-ci ildə KTMT-nin baş katibi mənə dedi ki, KTMT-də Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı qorxular var. Cavab verdim ki, bu qorxular yersizdir, amma Ermənistanda mövcud olan başqa qorxular da yerindədir və KTMT-nin Ermənistanı tərk etməsi ilə bağlıdır. Və mənim qiymətləndirməm budur ki, istəsə də, istəməsə də KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR