Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqlərdə gənclər “rəngli inqilablar” prinsipləri ilə hərəkət ediblər. Azadmedia.az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
“Ekstremist fəaliyyət əsasən (rəngli inqilabların atası) Cin Şarp və (onun tələbəsi) Peter Akerman tərəfindən hazırlanmış təlimatlara əsasən həyata keçirilib”, Kobaxidze bildirib.
O qeyd edib ki, etirazçılar “su şırnağına qarşı bayraqla qarşıdurma və xüsusi təyinatlılara gül təqdim etmək kimi simvolik hərəkətlərdən” istifadə ediblər.
Hakim partiya etiraz aksiyasının təşkilində Franklin klubunun əli olduğunu bildirib. Kobaxidze qeyd edib ki, bu təşkilat müxtəlif ölkələrdə qeyri-zorakı və zorakı etirazlar təşkil edən, həmçinin Brexit üzərində fəal iş aparan Amerika təşkilatı Atlas Network tərəfindən dəstəklənən xarici təsir agentidir.
Franklin klubu həm tələbələri, həm də azyaşlıları siyasi fəallıq üçün cəlb edir.Ötən həftə hüquq-mühafizə orqanlarına qarşı zorakılıq aksiyaları faktiki olaraq radikal müxalifətin ekstremist gənclər qrupları tərəfindən təşkil edilib”, - deyə siyasətçi bildirib.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov daha əvvəl demişdi ki, hakimiyyətin xarici agentlərlə bağlı mübahisəli qanun layihəsini rədd etməsinə baxmayaraq, Tbilisidə etirazların davam etməsi ABŞ-ın Gürcüstanla bağlı planları ilə bağlı ola bilər. O, həmçinin Gürcüstanı ABŞ-ın rəngli inqilab üçün yeni hədəfi adlandırıb.
Gürcüstan parlamenti bundan əvvəl martın 7-də ölkədə kütləvi etirazlara səbəb olan xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda rədd etmişdi. Təhlükəsizlik qüvvələri etirazçıları su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək dağıdıb.
Onu da qeyd edək ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin hesab edir ki, “Vaşinqton Gürcüstanın suveren olmasına imkan verməyib”. Onun sözlərinə görə, Birləşmiş Ştatlar hesab edir ki, yalnız amerikalıların “müstəqil qərarlar qəbul etmək hüququ var və qalan hər kəs Vaşinqtonun diktə etdiyi qaydalar əsasında mövcud olmalıdır”.