ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya hərbi yardım üzrə Qərb təmas qrupunun onlayn iclasında bildirib ki, 9 ölkə Kiyevə 150 Leopard tankı tədarük etməyi öhdəsinə götürüb. Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ukraynaya “Leopard” tankları bağışlayan dövlətlərin koalisiyası böyüməkdə davam edir. Doqquz ölkə artıq 150-dən çox Leopard tankı vəd edib”, - Ostin bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfini hava hücumundan müdafiə vasitələri ilə təmin edən dövlətlərin sayı da artır.
Nazir qeyd edib ki, indi “Ukraynanın azadlıq mübarizəsinin gedişatında həlledici məqam”dır ki, onun müttəfiqləri “daimi qətiyyət və birlik nümayiş etdirməlidirlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.