Azadmedia.az TASS-a istinadən xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə danışıqların məzmununu açıqlamaqdan imtina edərək bildirib ki, ABŞ Qara dənizə düşən MQ-9 Reaper PUA ilə bağlı vəziyyətə ciddi yanaşır.
“Mən nazir Şoyqu üçün danışmayacağam. Təfərrüatlara varmadan bir daha təkrar edə bilərəm ki, ABŞ beynəlxalq hüququn icazə verdiyi yerdə əməliyyatlarını davam etdirəcək. Eyni zamanda, biz mümkün eskalasiya riskini çox ciddi qəbul edirik. Ona görə də hesab edirəm ki, ünsiyyət kanallarını açıq saxlamaq vacibdir”, - Ostin bildirib.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə danışıqlar aparıb.
Danışıqlar Amerika tərəfinin təşəbbüsü ilə aparılıb. Bundan əvvəl insidentlə bağlı Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Dövlət Departamentinə çağırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.