AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Forum sülhsevərliyimizi bir daha açıq-aydın göstərir

  • + A
  • - A
  • 16-03-2023, 09:32

    Forum sülhsevərliyimizi bir daha açıq-aydın göstərir

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Martın 9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin də iştirak etdiyi "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimi keçirildi. Qlobal Bakı Forumu 2013-cü ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Mərkəzin hər il keçirdiyi forumlarda dünyamızı narahat edən bir çox qlobal məsələlər və onların həlli yolları araşdırılır.
    Bu gün Azərbaycan müxtəlif beynəlxalq əhəmiyyətli dövlətləri özündə cəmləşdirən, ölkələri narahat edən məsələlərlə bağlı forumların, konfransların keçirildiyi mühüm bir mərkəzə çevrilib. Bakıda beynəlxalq tədbirlər dünyanın diqqətini özünə cəlb edir. X Qlobal Bakı Forumunda çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir. Bu forumda dünyanı narahat edən məsələlər ətrafında geniş müzakirələr aparıldı, müasir dövrümüzün çağırışlarına nəzər salındı. Problemlərin həlli istiqamətində dünyanın tanınmış şəxsləri, liderləri öz fikirlərini və münasibətlərini geniş şəkildə bildirdilər. Bu prosesdə Azərbaycan növbəti dəfə öz ciddi töhfəsini vermiş oldu. Forum Azərbaycanın dünyanı narahat edən problemlərə nə qədər həssas yanaşdığını, nə qədər diqqətlə yanaşdığını bir daha göstərir. Azərbaycanın beynəlxalq imicini və sülhsevərliyini bir daha açıq-aydın göstərir.
    Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və sülh quruculuğu ilə əlaqədar təcrübəsini diqqətə çatdırdı. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsini təqdim etdi.
    Ölkəmizdə Covid-19 pandemiyasına qarşı təmas qrupunun sammiti xüsusi əhəmiyyət daşıyır. Hərəkat özündə dünyanın 120 ölkəsini birləşdirir.Üzv olan ölkələr Azərbaycanın mövqeyini dəstəkləyirlər. Bu Azərbaycana göstərilən etimadın növbəti təzahürü və göstəricisidir.
    Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət alıb. Bu kimi məsələlərə görə də Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Neft və qaz boru kəmərlərinin inşası ilə Avropanın enerji xəritəsini artıq dəyişmişik, Bundan sonra yaşıl enerjini təmin edəcək elektrik xətləri də gündəmdədir. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Xəzər dənizində Azərbaycanın külək enerjisi potensialı ilə bağlı yekun dəyərləndirməsi yeniliklər vəd edir. Planlaşdırdığımız kimi, yaşıl hidrogenin ixracı da uğurla həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR