Türkiyənin NTV telekanalı Rusiya, Türkiyə, İran və Suriya nümayəndə heyətlərinin Suriya nizamlanması üzrə cümə axşamı Moskvada keçirilməsi planlaşdırılan görüşünün texniki səbəblərə görə təxirə salındığını bildirib. Azadmedia.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Bundan əvvəl Türkiyənin dövlət telekanalı TRT Haber görüşün martın 15-16-da Moskvada keçiriləcəyini bildirmişdi. Daha sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bu həftə Moskvada nazir müavinləri səviyyəsində görüşün baş tutacağına ümid olduğunu bildirib.
"Bu gün planlaşdırılan görüş texniki səbəblərə görə təxirə salınıb. Yeni tarix hələ məlum deyil", - telekanal vəziyyətlə tanış olan öz mənbələrinə istinadən bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.