Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya tərəfinin Ermənistan əhalisinin təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilməyəcəyi təqdirdə BMT Təhlükəsizlik Şurasına müraciət etmək təklifini “dövlət möcüzəsi” adlandırıb. Azadmedia.az xəbər verir ki, bu barədə TASS yazır.
Xatırladaq ki, Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, əgər Rusiya özü erməni əhalisinin təhlükəsizliyini təmin edə bilməsə, BMT Təhlükəsizlik Şurasında Qarabağa çoxmillətli missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.