AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya və Türkiyə yüklərin tranziti ilə bağlı problemin həlli üzərində işləyir

  • + A
  • - A
  • 16-03-2023, 21:41

    Rusiya və Türkiyə yüklərin tranziti ilə bağlı problemin həlli üzərində işləyir

    Sanksiyaya məruz qalan malların paralel idxal vasitəsilə tranziti ilə bağlı problemlərin həlli üçün Rusiya və Türkiyənin müvafiq idarələri sıx əlaqə saxlayır. Azadmedia.az xəbər verir ki, bunu cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

    "Biz Türkiyə ilə sərfəli ticari-iqtisadi əməkdaşlığı genişləndirmək əzmindəyik. Rusiya və Türkiyənin müvafiq departamentləri əlaqəli praktiki məsələlərin, o cümlədən sizin qeyd etdiyiniz məsələlərin həlli üçün sıx əlaqədədirlər", - Zaxarova bildirib.

    Daha əvvəl “Kommersant” qəzeti Rusiya logistika şirkətlərinə istinadən yazıb ki, Türkiyə Rusiya Federasiyasına paralel idxal üçün sanksiya tətbiq edilən malların tranzitini əngəlləyib. Rusiyanın Türkiyədəki səfirliyi və ticarət missiyası bildirib ki, diplomatlar bir sıra Rusiya şirkətlərinin ticarət əməliyyatlarının icrasında yaranan çətinliklərin vəziyyətini araşdırırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR