AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyük Britaniyanın xarici işlər naziri Gürcüstanın Aİ və NATO-ya doğru kursunu “düzgün yol” adlandırıb

  • + A
  • - A
  • 17-03-2023, 18:59

    Böyük Britaniyanın xarici işlər naziri Gürcüstanın Aİ və NATO-ya doğru kursunu “düzgün yol” adlandırıb

    Azadmedia.az Gürcüstanın Birinci Kanalına istinadla xəbər verir ki, Böyük Britaniya Gürcüstana kiberhücumlardan qorunmağa kömək etmək niyyətindədir və ümumilikdə Tbilisiyə dəstəyini davam etdirəcək. Bu barədə Krallığın xarici işlər naziri Ceremi Kleverli bildirib. Onun sözlərinə görə, London gürcü tərəfinin Avropa İttifaqı və NATO ilə əməkdaşlığı gücləndirmək kursunu bəyənir.

    “Biz ümid edirik və planlaşdırırıq ki, Gürcüstana kiberhücumlardan qorunmağa və Böyük Britaniyanın Avropa, Aİ və həmçinin NATO ilə daha sıx işgüzar əlaqələr üçün düzgün yol olduğuna inandığı yolu davam etdirməyə kömək edəcəyik”, – Kleverli bildirib.

    Respublikada rəsmi səfərdə olan Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, Gürcüstanda ictimai rəyi manipulyasiya etmək və siyasi vəziyyəti təhrif etmək cəhdləri olub. O, həmçinin əlavə edib ki, London respublikanın müstəqil institutlarını qoruyub saxlamaq üçün azad və açıq gürcü mediasını dəstəkləməyə çalışır.

    Bundan əvvəl Böyük Britaniyanın Moldova və Gürcüstana “Rusiya müdaxiləsinə” qarşı pul ayıracağı bildirilirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR