AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya prezidenti Təhlükəsizlik Şurası ilə Xəzər regionunda əməkdaşlığı müzakirə edib

  • + A
  • - A
  • 17-03-2023, 22:11

    Rusiya prezidenti Təhlükəsizlik Şurası ilə Xəzər regionunda əməkdaşlığı müzakirə edib

    Cümə günü Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası ilə Xəzər regionunda əməkdaşlığı müzakirə edib. Azadçedia.az rus mediasına istinadən xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov vəziyyətlə bağlı məruzə edib.

    "Biz razılaşdıq ki, Sergey Viktoroviç Lavrov bu gün Xəzər regionunda əməkdaşlığımızın gedişatı haqqında məlumat verəcək, biz ayrı-ayrı məsələlər üzrə danışacağıq. Bunlar hamısı bizim qonşularımızdır və böyük məsələlər kompleksidir. Bizim iqtisadi, siyasi xarakterli və təhlükəsizlik sahəsində daim gündəmdə olan məsələlər var”, - deyə dövlət başçısı bildirib. O, məruzə üçün sözləri XİN rəhbərinə verib. Görüş jurnalistlərə bağlı qapılar arxasında davam edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR