AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyük Britaniya Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qərarını alqışlayıb

  • + A
  • - A
  • 17-03-2023, 22:26

    Böyük Britaniya Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qərarını alqışlayıb

    Türkiyə hakimiyyətinin Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etmək qərarı xoş xəbərdir. Azadmedia.az xəbər verir ki, Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Onun sözlərinə görə, London ötən il müvafiq addımı ataraq, İsveçə də dəstəyini ifadə edib.

    “İsveçin də (NATO-ya) mümkün qədər tez qəbul edilməsini təmin etmək üçün Türkiyə ilə sıx işləyəcəm. Bu arada, bu zaman Böyük Britaniya İsveçlə çiyin-çiyinə dayanacaq”, - Uolles tvitter hesabında yazıb.

    Böyük Britaniyanın müdafiə nazirinin qeyd etdiyi kimi, London Stokholma özünü Rusiyanın “təhdidindən” qorumağa kömək edəcək. O, həmçinin əlavə edib ki, hələ 2022-ci ilin mayında Britaniya tərəfi Finlandiya və İsveçlə təhlükəsizlik sahəsində saziş bağlayıb.

    Martın 17-də Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləməyə razılıq verdiyi barədə məlumatlar ortaya çıxıb. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Helsinki alyansa qoşulmaq üçün lazım olan memorandumun şərtlərini yerinə yetirmək üçün konkret addımlar atıb. O, həmçinin vurğulayıb ki, Ankara Finlandiyanın bloka daxil olmasının ratifikasiyası prosesinə başlayacaq.

    Bundan əvvəl bildirilmişdi ki, Macarıstanın hakim Fides partiyası Türkiyədən sonra Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləmək qərarına gəlib. Qeyd edildiyi kimi, Macarıstan parlamentində müvafiq səsvermə martın 27-də keçiriləcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR