AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan mina müharibəsini davam etdirir və beynəlxalq humanitar hüququ pozur

  • + A
  • - A
  • 21-03-2023, 13:55

    Ermənistan mina müharibəsini davam etdirir və beynəlxalq  humanitar hüququ pozur

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 16 mart tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında qeyd etmişdir ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır.
    Ümumilikdə əlli minə yaxın hektar ərazinin minalardan təmizlənməsinə baxmayaraq, 300 mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya ağır yaralanmışdır.
    Qəbuledilməz məqam ondan ibarətdir ki, silahlı münaqişə düşmənin məğlubiyyəti və onun kapitulyasıyası ilə nəticələnsə də, mina müharibəsi hələ də davam edir. Məsələ burasındadır ki, 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində Ermənistan tərəfindən minalar və digər partlayıcı qurğular yerləşdirilir. Təkcə Kəlbəcər-Laçın istiqamətində bir məntəqədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 900-dən çox piyada əleyhinə mina aşkar edilmişdir. Ümumilikdə isə 2022-ci ilin avqust ayından etibarən Azərbaycan ərazilərinə Ermənistan tərəfindən 2700-dən artıq mina yerləşdirilmişdir. Bu qanunsuz hərəkətlərin əsas məqsədi məcburi köçkün ailələrinin öz daimi yaşayış yerlərinə qayıtmasına maneçilik törədilməsi, quruculuq işlərinin çətinləşdirilməsindən ibarətdir.
    Ermənistanın qeyd edilən davranışı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq, eyni zamanda beynəlxalq humanitar hüququn ciddi pozuntusudur. Məsələ burasındadır ki, Ermənistan 1993-cü ul 7 iyun tarixində Dörd Cenevrə Konvensiyası və onlara iki Əlavə Protokolu təsdiq etmişdir və bu müqavilələrdə təsbit olunmuş mülki əhali ilə legitim hərbi hədəflərin fərqləndirilməsi və mütanasiblik prinsiplərini pozur. Ancaq mənfur qonşularımız üçün beynəlxalq hüquqa etinasız münasibət adi hal almışdır.
    Bütün bunlara baxmayarq, qüdrətli dövlətimiz 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra bu ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə sratr vermişdir və tamamilə dağıdılmış böyük ərazilərdə sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbənin qurulması istiqamətində ən ciddi işlər görür.
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR