Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya dövlət başçısının türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü hələ planlaşdırılmayıb. Azadmedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, Peskov qeyd edib ki, Kreml iki dövlət liderlərinin görüşünün mümkün vaxtı barədə əvvəlcədən danışmayacaq.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi əlavə edib ki, Putin və Ərdoğan arasında görüş xüsusi olaraq planlaşdırılmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.