Yanvarın əvvəlindən İsraildə minlərlə insan məhkəmə islahatlarına qarşı etiraz aksiyası keçirir. Mitinqlər həftədə ən azı iki dəfə keçirilirdi və tədricən mitinq iştirakçılarının sayı artdı - martın 25-də 600 min nəfəri keçdi (ölkədə 10 milyondan az əhali var - müəl.).
Bundan əlavə, Netanyahunun təşəbbüsü İsraildə ənənəvi olaraq böyük təsirə malik olan hərbi dairələrdə mübahisələrə səbəb oldu və ordunun ehtiyatda olan bir çox əsgəri xidmətdən imtina etməyə başladı.
Bazar günü, martın 26-da etirazçılar baş nazirin evinə gəldi - polis onları su şırnaqları ilə dağıtdı - və bazar ertəsi, martın 27-nə keçən gecə minlərlə insan İsrail parlamentinin binasına yaxınlaşdı. Təl-Əvivdə etirazçılar ən böyük magistral Ayalon üzərində çadırlar quraraq od yandırmağa başlaydılar, lakin polis də onları dağıtdı.
Azadmedia.az xatırladır ki, İsrailin Ümumi Əmək Federasiyası Histadrut ümumi tətillə hədələyib. İslahata etiraz olaraq Ben Qurion hava limanı uçuşları dayandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.