AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir - AÇIQLAMA

  • + A
  • - A
  • 28-03-2023, 10:06

    ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir - AÇIQLAMA

    ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir. Azadmedia.az.xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

    O xatırladıb ki, ötən gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.

    "ABŞ-ın dövlət katibi Entoni Blinkenin bir qədər əvvəl qeyd etdiyi kimi, birbaşa dialoq bu problemin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, çoxtərəfli təşkilatlar çərçivəsində həm tərəfdaşlarla, həm də danışıqlar çərçivəsində danışıqlara yardım etməyə davam edəcəyik”, - Patel bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR