AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Azərbaycanda səfərdədir

  • + A
  • - A
  • 29-03-2023, 18:59

    ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Azərbaycanda səfərdədir

    ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Sison Azərbaycana səfərə gəlib. Məlumatı ABŞ səfirliyi yayıb.

    Məlumatda qeyd olunur ki, ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycanda səfərdə olan və ABŞ-ın kollektiv qlobal problemlərin həllində çoxtərəfli əməkdaşlığa sadiqliyini müzakirə etmək üçün hökumət rəsmiləri ilə görüşlər planlaşdıran ABŞ dövlət katibinin köməkçisi Mişel Sisonu salamlamaqdan məmnundur.

    Azərbaycanda olarkən ABŞ dövlət katibinin köməkçisinin cari və potensial çoxtərəfli əməkdaşlıq sahələrində fəaliyyətləri nəzərdən keçirəcəyi bildirilir. Bura Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün kontekst və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, qlobal sağlamlıq təhlükəsizliyi və transmilli problemlərin həlli kimi məsələlər daxildir.

    Həmçinin qeyd olunub ki, Dövlət katibinin köməkçisi Sezon ABŞ tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə namizədliyi irəli sürülən Emi Papa üçün kampaniya aparacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR