AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasında nüvə yanacağının ilk yüklənmə tarixini açıqlayıb

  • + A
  • - A
  • 29-03-2023, 22:34

    Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasında nüvə yanacağının ilk yüklənmə tarixini açıqlayıb

    Aprelin 27-də Akkuyu AES-in birinci enerji blokuna nüvə yanacağı yüklənəcək. Azadmedia.az xəbər verir ki, bunu çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.

    “Aprelin 27-də Akkuyu AES-ə yanacaq yükləndikdən sonra bu obyekt rəsmən nüvə hesab olunacaq.

    Akkuyu Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə respublika arasında 2010-cu il mayın 12-də bağlanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. Layihə Rusiya layihəli VVER nəsil 3+ reaktorları ilə dörd enerji blokunun tikintisini nəzərdə tutur.

    AES-in hər bir enerji blokunun gücü 1200 MVt olacaq. Akkuyu istismara verildikdən və tam gücü ilə işə salındıqdan sonra ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək. Stansiya Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini təmin etmək üçün nəzərdə tutulub. AES-in ilk enerji blokunun tikintisinin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR