ČTK telekanalı xəbər verir ki, Çexiyadakı Dukovanı AES Rusiyadan gələn nüvə yanacağını istifadə etməkdən imtina edib və onu 2024-cü ildən Amerikanın Westinghouse şirkətindən alacaq.
Azadmedia.az Kanala istinadən qeyd edir ki, müqavilə 15 il müddətinə nəzərdə tutulub. Təxminən 40 il əvvəl Dukovanı AES SSRİ-dən, sonra isə Rusiyadan nüvə yanacağını alırdı.
Bundan əvvəl Polşanın enerji konserni ORLEN Rusiya neftinin tədarükündən tamamilə imtina etməyə hazır olduğunu bəyan edib. Bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.
Konsern əmin edir ki, bu, 2015-ci ildən həyata keçirilən tədarükün şaxələndirilməsinin nəticəsidir. Əgər Rusiyadan neft tədarükünə qarşı yeni sanksiyalar tətbiq olunarsa, ORLEN Rusiya Federasiyasının xammalından tamamilə imtina etməyə hazırdır.
Polşanın dövlət aktivlərinə nəzarət nazirinin müavini Karol Rabenda bildirib ki, 2022-ci ildə ölkə dəniz yolu ilə ən azı 14 milyon ton kömür idxal edib və bununla da Rusiya Federasiyasından tədarükdən tam müstəqilliyə nail olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.