AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mübariz Qurbanlı: "Ölkəmizdə dövlət-din münasibətləri uğurla tənzimlənir"

  • + A
  • - A
  • 30-03-2023, 20:49

    Mübariz Qurbanlı: "Ölkəmizdə dövlət-din münasibətləri uğurla tənzimlənir"

    Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. Azadmedia.az xəbər verir ki, o, Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dövlət olduğunu söyləyib və bunun dövlət-din münasibətlərinin formalaşmasında rolundan danışıb, dövlət-din münasibətlərinin uğurla tənzimlənməsi sahəsində ölkəmizdə təqdirəlayiq işlərin görüldüyünü bildirib. Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti bütün etnik qrupların, dini konfessiya nümayəndələrinin öz dillərini, dinlərini, mədəniyyət və adət-ənənələrini qoruyub saxlaması üçün hərtərəfli qayğı göstərir.
    Komitə sədri müstəqillik əldə edildikdən sonra ölkədə məscidlərin, kilsələrin, sinaqoqların, digər dini məbədlərin inşası və bərpası istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyib. O, həmçinin dini kadrların yetişdirilməsi məsələsinə toxunaraq, vətəndaşlarımızın dini təhsil alması üçün ölkəmizdə bu sahəni tədris edən təhsil ocaqlarının fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
    Mübariz Qurbanlı rəhbərlik etdiyi komitənin Azərbaycanda tarixi-mənəvi irsin və ənənəvi dəyərlərin qorunub saxlanılması, tolerantlıq, multikulturalizm ideyalarının təbliği istiqamətində fəaliyyəti barədə danışıb. O, bu qurumun dövlət-din münasibətləri, habelə dini icmaların fəaliyyətinin tənzimlənməsi istiqamətində məqsədəmüvafiq işlər gördüyünü söyləyib və komitənin digər qurumlarla qarşılıqlı əməkdaşlıq etdiyini deyib.
    Komitə sədri Azərbaycanda İslam mədəniyyətinin, habelə dinlərarası münasibətlərdə tolerantlıq və multikultural dəyərlərin qorunub saxlanılmasının vacibliyini qeyd edərək, bu sahədə maarifləndirmə işinin əhəmiyyətindən, o cümlədən dini ictimaiyyətin, ziyalıların, medianın rolundan danışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR