AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Braziliya "Demokratiya Sammiti"nin Rusiya əleyhinə bəyannaməsini imzalamayacaq

  • + A
  • - A
  • 30-03-2023, 21:50

    Braziliya "Demokratiya Sammiti"nin Rusiya əleyhinə bəyannaməsini imzalamayacaq

    Braziliya ABŞ-ın təşkil etdiyi “Demokratiya Sammiti”nin yekun bəyannaməsini imzalamayacaq. Azadmedia.az xəbər verir ki, bu barədə O Globo Braziliya diplomatik mənbələrinə istinadən xəbər verir.

    Qeyd olunur ki, Braziliyanın nöqteyi-nəzərindən sammitin yekun sənədində Ukrayna münaqişəsinə həddindən artıq diqqət yetirilir və Rusiya qınanır.

    Nəşrin məlumatına görə, Braziliya prezidenti Luiz İnasiu Lula da Silva sammitin təşkilatçılarına məktub göndərib.

    “Demokratiya bayraqlarından divarlar ucaltmaq və nifaq salmaq üçün istifadə etmək yolverilməzdir. Demokratiyanı müdafiə etmək sülh uğrunda mübarizə aparmaq deməkdir”.

    Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, Vaşinqtonun təşkil etdiyi və martın 29-30-da keçirilən “Demokratiya Sammiti” “ABŞ Hegemonluğu Sammiti”dir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR