AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Departamenti: ABŞ Rusiya mediasına qarşı tədbir görmək niyyətində deyil

  • + A
  • - A
  • 31-03-2023, 01:14

    Dövlət Departamenti: ABŞ Rusiya mediasına qarşı tədbir görmək niyyətində deyil

    ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, Vaşinqton “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qeşkoviçin həbsi ilə bağlı yaranmış vəziyyət kontekstində hər hansı addım atmaq niyyətində deyil. Azadmedia.az xəbər verir ki, Patel qeyd edib ki, ABŞ-da geniş mənada mətbuat azadlığı və ifadə azadlığı vacib hesab olunur.
    Bundan əvvəl məlum olub ki, Moskvanın Lefortovo Məhkəməsi əvvəllər Yekaterinburqda saxlanılan WSJ müxbirini casusluqda şübhəli bilinərək həbs edib. Cinayət işinin “tam məxfi” möhürləndiyi, jurnalistin təqsirini boynuna almadığı dəqiqləşdirilib.

    Ağ Evin sözçüsü Karine Jean-Pierre brifinq zamanı deyib ki, ABŞ-ın Rusiyada Gerşkoviçə qarşı irəli sürülən casusluq ittihamlarına etibar etmək üçün heç bir əsası yoxdur. O, amerikalı jurnalistə qarşı casusluq ittihamlarını “inanılmaz dərəcədə gülünc” adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR