AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan Türkiyədə prezident seçkilərində səsvermədə birinci olacaq

  • + A
  • - A
  • 1-04-2023, 16:43

    Ərdoğan Türkiyədə prezident seçkilərində səsvermədə birinci olacaq

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də respublikada keçiriləcək qarşıdan gələn prezident seçkilərində püşkatma nəticəsində bülletenlərdə birinci yeri tutub. Bu barədə Azadmedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

    Siyahının ikincisi isə Vətən Partiyasının namizədi Məhərrəm İncə olacaq. Onun ardınca Ərdoğanın əsas rəqibi, birləşmiş müxalifət namizədi və ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu gələcək. Siyahıda dördüncü yerdə Atatürkçülər Alyansının namizədi Sinan Oğan olacaq.

    Türkiyədə parlament seçkiləri ilə yanaşı, mayın 14-də prezident seçkiləri də keçiriləcək. Birinci turda qalib gəlmək üçün dövlət başçısı postuna namizəd 50%-dən çox səs toplamalıdır. Əks halda, birinci turda ən çox dəstək alan iki namizədin iştirak edəcəyi ikinci tur keçiriləcək. Bundan əvvəlki prezident seçkiləri 2018-ci il iyunun 24-də keçirilib. Ərdoğan 52,6% səs toplayaraq onları qazanıb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR