AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

4 gün əvvəl Şərqi Zəngəzurda nə baş verib? - Şərh

  • + A
  • - A
  • 2-04-2023, 15:29

    4 gün əvvəl Şərqi Zəngəzurda nə baş verib? - Şərh

    Dörd gün əvvəl MN məlumat verdi ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

    KİV-də və sosial mediada yayılan müxtəlif şərh və məlumatlardan belə məlum olur ki, xeyli insan söhbətin nədən getdiyini başa düşməyib. Məlumat çox lakonik olduğundan yanlış şərhlərə şərait yaranıb.

    Azadmedia.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov sosial media hesabında yazaraq, baş verənlərə aydınlıq gətirib.
    Ekspert qeyd edib ki, 26 avqust 2022-ci ildə Qarabağı Qərbi Zəngəzurla birləşdirən yeni yol istifadəyə verildi və sülhməramlılar Laçın şəhəri və Zabux kəndini təhvil verməli oldular. Həmin yeni yolun Laçın rayonu və Şuşa rayonu ərazisindəki hissəsi tam hazır olsa da, Qərbi Zəngəzurdakı hissəsi hazır deyildi. Ermənilər özlərini naza qoyaraq Laçın şəhərinin azad edilməsini uzadırdılar. Lakin buna məcbur olduqda bizimkilərdən xahiş etdilər ki, Həkərinin sağ sahilində Qərbi Zəngəzura düşən hissədə (həmin yerdə şərti sərhəd Həkəri boyunca keçir) yol hazır olmadığına görə icazə verin Zabux və Cağazur kəndlərinin qərbində, yuxarıda sərhəd boyu, Laçın rayonu ərazisindən keçən yol hissəsindən müvəqqəti istifadə edək. Beləliklə, Laçın və Zabux azad ediləndən sonra yol Həkəri körpüsündən şərti sərhədi keçdikdən təxminən 1,5 km sonra yuxarıda yenidən biz tərəfə keçirdi və ermənilər təxminən 2 km məsafədə şərti sərhəd boyu bu yoldan istifadə edirdilər. Ordumuz yola kənardan nəzarət etsə də, ermənilərin gediş-gəlişinə müdaxilə edilmirdi. Paşinyan söz vermişdi ki, yolun onlara aid hissəsi 1 aprel 2023 tarixinə hazır olacaq. Ötən həftə ərazidə olarkən şəxsən özüm də müşahidə etdim ki, artıq yolun həmin hissəsi hazırdır, son tamamlama işləri gedir. Şanlı Ordumuz yol hazır olan kimi, ermənilərə mədəni şəkildə dedi ki, artıq buradan gedin. Nəticədə bir güllə atılmadan, heç kim şapalaqlanmadan həmin yol hissəsi və yol ətrafında, Zabux və Cağazur kəndlərinin qərbində, yuxarı dağ və təpəlik hissədə olan ərazi tam nəzarətə götürüldü, hətta ordumuz şərti sərhəd boyu daha əlverişli yüksəkliklərdə mövqe tutdu.

    Ərşad Hüseynovun əlavə etdiyi xəritədə qırmızı ştrixlə fərqləndirdiyim yer 26 avqustdan ermənilərin müvəqqəti istifadə etdiyi, şərti sərhəd boyu keçən yoldur. Həmin yol sahəsi artıq tam olaraq Ordumuzun nəzarətindədir. Göy ştrixlə fərqləndirdiyim isə yolun ermənilər tərəfindən tikilən və 30 martdan istifadə edilən Qərbi Zəngəzur hissəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR