Şahzadə Harri və Meqan Markl Xeyriyyə Fondu əvvəllər ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama ilə əməkdaşlıq etmiş PR şirkəti Keti Makkormik Liliveldin peşəkar xidmətlərini ödəyib. Azadmedia.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Nəşrin əldə etdiyi 2021-ci il vergi hesabatlarına görə, keçmiş mətbuat katibi Mişel Obamanın şirkətinə $109,870 ödənilib.Onlar Lilyveldin xidmətlərinin sosial əhəmiyyətli layihələrə töhfə verən ictimaiyyətlə əlaqələr departamentinə strateji dəstək olduğunu göstərir.
Keti MakKormik Liliveld 2007-2011-ci illərdə Barak Obamanın həyat yoldaşı üçün işləyib. Bundan əlavə, o, Hillari Klinton və ABŞ prezidentliyinə keçmiş namizəd Con Kerri üçün PR xidmətləri göstərib.
Medianın fikrincə, siyasi kommunikasiya agentliyi ilə əməkdaşlıq Meqan Marklın güc strukturlarında yerlər uğrunda mübarizə ilə bağlı ambisiyalarının növbəti təsdiqi ola bilər. 2021-ci ildə o, ABŞ Konqresinə yazdığı məktubda kişilər üçün ödənişli analıq məzuniyyətinin tətbiqinə çağırıb.
Daha əvvəl Meqan Marklın ögey bacısı Samantaya qarşı böhtan iddiasında qalib gəldiyi bildirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.