AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa Aİ-nin Ermənistanda yerləşən missiyasında iştirakını genişləndirmək niyyətindədir

  • + A
  • - A
  • 3-04-2023, 22:10

    Polşa Aİ-nin Ermənistanda yerləşən missiyasında iştirakını genişləndirmək niyyətindədir

    Ermənistan Polşanın ilin ortalarında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa İttifaqının monitorinq missiyasında iştirakını genişləndirmək niyyətini alqışlayır. Azadmedia.az xəbər verir ki, bunu bazar ertəsi Respublika Milli Assambleyasının sədri Alen Simonyan İrəvanda Ermənistan-Polşa parlament dostluq qrupunun sədri Radoslav Foqilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

    Simonyan Aİ-nin monitorinq missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsinin “əhəmiyyətindən” danışıb və bunun regionda təhlükəsizliyə, sabitliyə və yerlərdə etimadın yaradılmasına guya müsbət təsir göstərdiyini vurğulayıb.

    Simonyanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülh gündəliyinə sadiqdir.

    Simonyan Polşa Senatının Xarici Əlaqələr Komitəsinin əvvəllər qəbul etdiyi, Bakını Laçın dəhlizinin “blokunu açmağa” çağıran qətnaməni xatırladıb.
    Xatırladaq ki, fevralın 20-də Avropa İttifaqı Ermənistanda 100 müşahidəçidən ibarət iki illik missiyaya başlayıb. Missiya Azərbaycanla razılaşdırılmayıb. Bakı və Moskva bu yanaşmanı mütəmadi olaraq tənqid edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR