Rusiya və Ermənistan arasında dost olmayan düşərgələrin hər hansı cəhdləri nəticəsiz qalacaq, eyni zamanda iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlıq sistemli şəkildə inkişaf edəcək.
Azadmedia.az erməni mətbuatına istinadən xəbər verir ki, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bazar ertəsi Moskvada Ermənistanın daxili işlər naziri Vahe Qazaryanla görüşüb.
“Vladimir Kolokoltsev dost olmayan ölkələrin Rusiya və Ermənistan arasında münasibətlərdə nifaq salmaq cəhdlərinin nəticəsiz qalacağına və daxili işlər nazirliklərinin qarşılıqlı fəaliyyətinin iki dövlətin xalqlarının mənafeyi naminə sistemli şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Kolokoltsev erməni həmkarlarının KTMT formatında fəal qarşılıqlı fəaliyyətini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.