AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa polisi terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetməni saxlayıb

  • + A
  • - A
  • 6-04-2023, 22:58

    Fransa polisi terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetməni saxlayıb

    Fransanın daxili kəşfiyyat xidməti terror aktı hazırlamaqda şübhəli bilinən 15 yaşlı yeniyetməni həbs edib. Bu barədə yerli “The Local France” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

    Materialda qeyd olunur ki, yeniyetmə İslam Dövlətinin ideologiyası adı altında terror aktı hazırlayırmış (təşkilat Rusiyada qadağandır). Polis onu ölkənin şimal-şərqindəki Haut-Rin departamentində saxlayıb.

    Mənbənin sözlərinə görə, saxlanılan şəxsin üzərindən partlayıcı qurğuların hazırlanması üçün elementlər, habelə qadağan olunmuş terror təşkilatını təbliğ edən çoxlu videomateriallar aşkar edilib.

    Dekabrda Daxili Təhlükəsizlik Baş İdarəsinin Fransa əks-kəşfiyyatının mətbuat xidməti məlumat vermişdi ki, orada yaşayan Rusiya və Tacikistandan olan mühacirlər Fransanın Strasburq şəhərində terror aktı hazırlamaqda şübhəli bilinərək həbs ediliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR