Azadmedia.az RİA Novosti-yə.isrinadla xəbər verir ki, Tbilisinin mərkəzindəki Rustaveli prospektində Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat tərəfindən etiraz aksiyası keçirilib, görüntülər yerli televiziya şirkətləri tərəfindən yayımlanıb.
Mitinq “Avropaya birlikdə” şüarı altında keçirilib. Etirazçılar digər məsələlərlə yanaşı, martın 7-9-da “xarici agentlər haqqında qanun layihəsi”nə qarşı keçirilən etiraz aksiyaları ilə bağlı saxlanılan 21 yaşlı Lazare Qriqoriadisin azadlığa buraxılmasını tələb ediblər. Müxalifət həmçinin ABŞ-ın sanksiya tətbiq etdiyi hakimlərin istefasını tələb edib.
“Üçüncü tələb Mixail Saakaşvili və Nika Qvaramiyanın azadlığa buraxılması, dördüncü tələb deoliqarxizasiya haqqında qanunun tətbiqi, məhkəmə-hüquq islahatları və seçki komissiyasının islahatıdır”, - partiyanın sədri Levan Xabeişvili bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.