Müdafiə Nazirliyi: Rusiya Hava Hücumundan Müdafiəsi SVO başlayandan bəri Türkiyənin 100-dən çox Bayraktar pilotsuz təyyarəsini vurub.
Azadmedia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Kosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Demin hava hücumundan müdafiə sistemlərinin (ADS) 100-dən çox “Bayraktar” pilotsuz uçan aparatını məhv etdiyini bildirib.
O qeyd edib ki, Amerikanın “Global Hawk” (RQ-4) və “Reaper” (MQ-9) pilotsuz təyyarələri və Türkiyənin “Bayraktar”ı ilə mübarizədə praktiki olaraq heç bir prinsipial fərq yoxdur.
Deminin sözlərinə görə, Rusiya hərbçiləri xüsusi əməliyyatın bütün dövrü ərzində artıq 100-dən çox "Bayraktar" pilotsuz təyyarəsini vurmağa nail olub.
Mart ayında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev demişdi ki, Türkiyənin Bayraktar pilotsuz təyyarəsi fantastik deyil.
2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.