Azadmedia.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən “üçüncü dünya müharibəsi” haqda danışıb. O, bu barədə “Truth” sosial şəbəkəsində yazıb.
Bir neçə gün əvvəl Tramp ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının rəhbərliyi altında üçüncü dünya müharibəsinin başlaması ehtimalını açıqlamışdı.
Aprelin əvvəlində Tramp Co Bayden administrasiyasının rəhbərliyi altında üçüncü dünya müharibəsinin başlaya biləcəyini açıqlamışdı. O vurğulayıb ki, nüvə silahından istifadə ilə bağlı mövcud təhdidlər əvvəllər başqa dövlətlər tərəfindən “heç vaxt qeyd olunmayıb və müzakirə olunmayıb”.
Mart ayında mitinqdə çıxış edən Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə prezidentliyə namizəd adlandırmışdı.
Bundan əvvəl o, fevral ayında vətəndaşlara videomüraciətində üçüncü dünya müharibəsi təhlükəsini qeyd etmişdi. Siyasətçi bildirib ki, prezidentliyi dövründə ABŞ-ı münaqişəyə cəlb etmək niyyətində olan generalların və bürokratların “fəlakətli məsləhətlərini” rədd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.