Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno bildirib ki, ölkə Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və Ukraynaya yardım göstərəcək. Azadmedia.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Yaponiya G7-yə sədrlik edən ölkə və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünya ictimaiyyəti ilə birlikdə “Rusiyaya qarşı sərt tədbirlər görməyə və Ukraynaya yardımı gücləndirməyə” davam edəcək.
Bundan əvvəl Ukraynanın İnfrastruktur Nazirliyi Kiyevin mühüm infrastrukturun təcili bərpası üçün Yaponiyadan 400 milyon dollar alacağını açıqlamışdı. Bu barədə idarənin sosial şəbəkələrində məlumat verilib.
Bəyanatda bildirilir ki, Yaponiya hakimiyyəti də BMT-nin İnkişaf Proqramı mexanizmi vasitəsilə Ukraynanın bərpası üçün qrant dəstəyi üçün 70 milyon dollar ayıracaq.
Martın 30-da Yaponiya Xarici İşlər Nazirliyi Kiyevə 470 milyon ABŞ dolları məbləğində yeni humanitar yardım paketinin ayrılması barədə qərar qəbul edib.Qeyd edilib ki, vəsait minalardan təmizləmə və dağıntıların təmizlənməsi üçün zəruri olan avadanlıqların alınması, həmçinin infrastrukturun bərpası üçün nəzərdə tutulub
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.