AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

  • + A
  • - A
  • 11-04-2023, 03:52

    Azərbaycan və ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər


    Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tairov ABŞ-a səfərə gedib. Azadmedia.az xəbər verir ki, bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    "Səfər zamanı Tairov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın hazırkı vəziyyəti və regional təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar", - məlumatda deyilir.

    Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR