Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, Pentaqonun sızmasına görə, 2022-ci ilin sentyabrında Qara dəniz səmasında rus qırıcıları tərəfindən "az qala vurulmuş" Britaniya kəşfiyyat təyyarəsi ilə bağlı insident xəbərlərində qeyri-dəqiqlik var və baş verənləri əks etdirmir. Azadmedia.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadən Financial Times qəzeti yazıb.
Bundan əvvəl “The Washington Post” Pentaqonun sızdırılmış məxfi sənədlərinə istinadən yazıb ki, ötən ilin sentyabrında Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus RC-135 Rivet Joint kəşfiyyat təyyarəsi Qara dəniz üzərindəki hava məkanında az qala Rusiyanın Su-27 qırıcıları tərəfindən vurulub. Qəzetin yazdığına görə, insident birbaşa ABŞ və onun NATO müttəfiqlərini Ukrayna münaqişəsinə cəlb edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.