Rusiya və İran nümayəndələri aviasiya sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalayıblar. Azadmedia.az rus mediasına istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş bildirib.
Məhəmmədi-Baxş qeyd edib ki, Federal Hava Nəqliyyatı Agentliyi “bu sahədə İran standartlarını tanıyıb” və “gələcəkdə təyyarələrin təmiri üçün iki ölkənin istehsalı olan istənilən ehtiyat hissələrinin birgə istifadəsi mümkündür”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.