AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Ermənistan XİN-də məsləhətləşmələr aparıb

  • + A
  • - A
  • 11-04-2023, 22:19

    Rusiya Federasiyası xarici işlər nazirinin müavini Ermənistan XİN-də məsləhətləşmələr aparıb

    Aprelin 11-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko İrəvanda Ermənistan Respublikasının xarici işlər nazirlərinin müavinləri Mnatsakan Səfəryan və Vahan Kostanyanla məsləhətləşmələr aparıb. Rudenko Ermənistanın xarici işlər naziri Mirzoyanla ayrıca söhbət edib. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

    Əsas mövzu Asiya-Sakit okean regionunun problemləri, dünyanın bu hissəsinin ayrı-ayrı dövlətləri ilə ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb.

    Aİİ və ŞƏT çərçivəsində əməkdaşlığa diqqət yetirilməklə çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin geniş spektri müzakirə edilib. Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, inklüziv və qarşılıqlı faydalı praktiki əməkdaşlığa yönəlmiş mexanizmlərin səmərəliliyinə xələl gətirilməsinin qarşısının alınması istiqamətində səyləri birləşdirməyə dair ümumi niyyət bir daha təsdiqləndi.

    Bundan əlavə, Zaqafqaziyadakı vəziyyətin müxtəlif aspektlərinə, o cümlədən region ölkələrinin vəziyyətin normallaşmasına, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin intensivləşdirilməsinə kömək etmək üçün atdığı addımlara toxunulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR