Ermənistan Xarici İşlər Nazirliyi qərəzlı bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, Azərbaycan tərəfinin hərəkətləri Ermənistan tərəfinin konstruktiv danışıqlar yolu ilə problemləri yerlərdə həll etməyə hazır olmasına zidd olaraq həyata keçirilib.
“Azərbaycanın bu siyasəti yeni deyil və 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabrında Ermənistana qarşı törədilən hücumların davamıdır, nəticədə Azərbaycan Ermənistan Respublikasının suveren ərazilərini işğal edib.
Bildiririk ki, güc tətbiqi və güc tətbiqi ilə hədələmə Azərbaycanın siyasətinin tərkib hissəsidir və regionda vəziyyəti əhəmiyyətli dərəcədə destabilləşdirməyə və vasitəçi tərəfdaşların sülh danışıqlarını davam etdirmək səylərinə zərbə vurmağa yönəlib”, - ER XİN-dən bildiriblər.
Nazirlik beynəlxalq ictimaiyyəti və regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı olan bütün tərəfdaşları məqsədyönlü bəyanatlar və aydın addımlarla Azərbaycanın təcavüzkar hərəkətlərini pisləməyə və sonuncu tərəfindən vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırıb.
Ermənistan bəyanatlar verərkən Yerevanın qədim Azərbaycan torpağı İrəvan olmasını unudur. Tezliklə ölkə başçımız Müzəffər Ordumuzla bərabər bunu ermənilərə xatırladacaq. O gün uzaqda deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.