AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaxarova: Rusiya Ermənistandan NATO ilə birgə təlimlərdə iştirakla bağlı aydınlıq istədi

  • + A
  • - A
  • 12-04-2023, 22:27



    Zaxarova: Rusiya Ermənistandan NATO ilə birgə təlimlərdə iştirakla bağlı aydınlıq istədi

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Moskva erməni tərəfdaşlarından NATO təlimlərində iştirakları ilə bağlı rəsmi açıqlamalar tələb edib. Eyni zamanda diplomat bildirib ki, Moskva İrəvandan aldıqdan sonra reaksiya ilə bağlı qərar verəcək. O, bir daha vurğulayıb ki, bu fonda Ermənistanın bu il öz ərazisində KTMT təlimləri keçirməkdən imtina etməsi regional təhlükəsizliyin yaxşılaşdırılmasına töhfə vermir”.

    Azadmedia.az xatırladır ki, ötən həftə Ermənistan Müdafiə Nazirliyi ölkə silahlı qüvvələrinin ABŞ-ın Avropadakı quru qoşunlarının təşkil etdiyi iki təlimdə - “Kosovo üçün qüvvələr” və Saber Junction təlimlərində iştirak edəcəyini açıqlamışdı. Rusiyanın bu strukturda müttəfiqi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan mütəmadi olaraq KTMT-ni tənqid edir, təşkilatı guya Azərbaycanla münaqişədə İrəvanın tərəfini tutmamaqda ittiham edir. Yanvarda Ermənistan KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərini öz ərazisində keçirməkdən imtina edib və bunu yersiz adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR