Avstriya Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə həbs olunacağını açıqlayıb.
Xarici İşlər Nazirliyi Avstriya Konstitusiyası və Avropa İttifaqı (Aİ) naziri Karolin Edtstadlerin dünən Almaniyanın "Tagesspiegel" qəzetinə verdiyi "Putin Avstriyaya addım atacağı təqdirdə həbs olunacaq" açıqlamaları ilə bağlı açıqlama verib.
Bəyanatda Rusiya prezidenti Putinin Avstriyaya səfər edəcəyi təqdirdə həbs olunacağı təsdiqlənib.
"Heç kim qanundan uca deyil. Bütün cinayətlər boşluq qoymadan işıqlandırılmalıdır, onları cəzasız qoymaq olmaz". Bəyanatda vurğulanıb ki, Avstriya da digər ölkələr kimi Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarları icra etməyə borcludur.
"Bu, Məhkəmənin həbs qərarının icrası və axtarışda olan şəxsin tutulması deməkdir. Bu, təbii ki, prezident Putinə də aiddir", - bəyanatda deyilir.
Bununla belə, Putinin məhkəməyə tabe olan 123 üzv ölkəyə səfər edərək bu riskə getməyəcəyi də qeyd edilib.
Azadmedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.