Ermənistan öz dövlət maraqlarını rəhbər tutur və silahlı qüvvələrinin döyüş hazırlığını artırmaq üçün hər şeyi edir. Bunu parlamentdə keçirdiyi brifinqdə “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan Ermənistan hərbçilərinin NATO-nun KFOR (Kosovo Qüvvələri) və Saber Junction-2023 təlimlərində iştirakını və Rusiyanın buna reaksiyasını şərh edərkən deyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva erməni tərəfdaşlarından onların NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlama tələb edib. Eyni zamanda, onun sözlərinə görə, İrəvanın öz ərazisində KTMT vasitəsilə manevrlər keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermir:
"Mariya Zaxarovanın aydınlaşdırma tələb etməsi bir az anlaşılmazdır. Ermənistan strateji tərəfdaşı Rusiya ilə isti, dostluq münasibətləri, eləcə də digər tərəfdaş ölkələrlə isti münasibətlər saxlayır. O, silahlı qüvvələrin inkişafı və döyüş hazırlığının artırılması üçün hər şeyi edir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.