Azərbaycan nümayəndə heyəti Türkiyənin zəlzələdən zərər çəkmiş Qəhrəmanmaraş bölgəsinə səfər edib. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sosial şəbəkədə məlumat verib.
Nümayəndə heyəti Azərbaycan hökuməti tərəfindən Qəhrəmanmaraşda zəlzələ qurbanları üçün yaradılmış çadır şəhərciklərinə baş çəkib, müqəddəs Ramazan ayı münasibətilə 360 çadırda məskunlaşan ailələrə yardımlar verib.
Məmmədov bildirib ki, Azərbaycan ötən müddət ərzində zərərçəkmişlərə yardım edib və bu yardım davam etdiriləcək. Həmçinin qeyd olunub ki, Azərbaycan tərəfinin dəstəyi ilə zəlzələdən zərər çəkənlər üçün evlərin tikintisinə başlanacaq. Nümayəndə heyətinin üzvləri tikinti üçün ayrılmış ərazidə olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.