Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard bildirib ki, ABŞ hakimiyyəti ölkədə defolta yol verə bilməz, çünki bu, bütün beynəlxalq ictimaiyyət üçün ciddi mənfi nəticələrə gətirib çıxaracaq.
“Mən sadəcə olaraq onların ABŞ-ın borc defoltu kimi ciddi, ciddi fəlakətə yol verəcəyinə inana bilmirəm. Bu mümkün deyil. Bunun baş verə biləcəyinə inana bilmirəm”, - o vurğulayıb.
Azadmedia.az xarici kiv-lərə istinadla qeyd edir ki, Laqard əlavə edib ki, əgər defoltdan qaçılmazsa, bu, bütün dünyaya təsir edəcək. Onun fikrincə, ABŞ-da bu məsələ siyasidir. O, həmçinin dövlətin ali maraqlarının üstün tutulmalı olduğu belə halların mövcud olduğunu xatırladıb.
Əvvəllər 2008-ci il böhranını proqnozlaşdıran professor Nouriel Roubini ABŞ-da tənəzzülün olacağını proqnozlaşdırmışdı. Onun fikrincə, problem ipoteka və biznes kreditləri verən regional kiçik banklardadır. Silikon Vadisi Bankının çökməsi fonunda bu banklar kreditlərin verilməsi prosesini çətinləşdirəcək və bu səbəbdən böhran başlayacaq. Roubini dəfələrlə iqtisadi xarakterli müxtəlif proqnozlar verib - o, son altı ayda ən azı beş dəfə bazarın çökəcəyini proqnozlaşdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.