Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yuri Sentyurin bildirib ki, Rusiya qazı Avropada qeyri-qrata resurs elan edilib.
Onun sözlərinə görə, hazırda bir çox Avropa ölkələri ABŞ-dan bahalı qaz alır. Eyni zamanda, Almaniya, İtaliya, Yunanıstan, Hollandiya və Fransa mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün mövcud gücləri genişləndirməkdə və yenilərinin tikintisinə sərmayə qoymaqda davam edirlər.
"2030-cu ilə qədər bu imkanların yarıdan çoxunun tələb oluna biləcəyi ilə bağlı ekspert rəyi nəzərə alınmır", - diplomat əlavə edib.
O, izah edib ki, ucuz və müntəzəm tədarük edilən Rusiya “mavi” yanacağını bu gün Avropada siyasi səbəblərdən qeyri-qrata resurs kimi elan ediblər. Bu cür tədbirlər iqtisadi cəhətdən sərfəli deyil.
Azadmedia.az xəbər verir ki, bundan əvvəl İtaliyanın Ətraf Mühit Nazirliyinin rəhbəri Gilberto Piçetto-Fratin ölkənin Rusiya qazından asılılığını aradan qaldırdığını bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.