Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə sərhədinin tezliklə açılacağına ümid etdiyini bildirib. Azadmedia.az RİA Novosti-yə istinadla yazır ki, bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.
Ümid edirəm ki, Ermənistan-Türkiyə sərhədi tezliklə açılacaq və qonşuluq, təbii münasibətlər üçün zəmin yaranacaq”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, bunun üçün yaxın aylarda üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün quru sərhədinin açılması haqqında sazişin həyata keçirilməsi vacibdir.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Osmanlı İmperiyasında 1915-ci il erməni soyqırımının beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.